İrəli, Hindistan (film, 2007)
"İrəli, Hindistan" (hind चक दे इंडिया) — rejissor Şimit Aminin filmi.
== Məzmun ==
Bu film Hindistanın Dehli şəhərində keçirilən Xokkey üzrə Dünya Kuboku yarışının son dəqiqələri ilə başlayır. Oyun Pakistan və Hindistanın kişilərdən ibarət xokkey üzrə komandaları arasında aparılır. Belə ki, Pakistan 1:0 hesabı ilə irəlidədir. Elə bu zaman oyunda qayda pozuntusu baş verir və penalti təyin edilir. Penaltini yerinə yetirməyi Hindistan komandasının kapitanı, xokkey üzrə super ulduz Kəbir Xan öz üzərinə götürür. İş elə gətirir ki, Kəbirin zərbəsi nəticəsində top qapının azacıq üstündən keçir və bunun nəticəsində Hindistan yığma komandası məğlub olur. Tezliklə Hindistanın bütün mediyası bunu başqa cür qələmə verir. Onların sözlərinə görə, Kəbir topu son anda bilə-bilə qapının üstündən vurmuşdur ki, məhz Pakistanın yığma komandası qalib gəlsin. Hindistanda hər kəs Kəbiri vətən xaini hesab etməyə başlayır.